Müasir texnologiyaların geniş vüsəti dövründə insanı, xüsusilə külli-miqdarda əyləncə mərkəzləri ilə təmin edilmiş meqapolis sakinlərini təəccübləndirmək getdikcə çətinləşir. Bakı da istisna deyil. Filmlərin premyerasında zallar müəyyən qədər boş qalır, teatra və ya konsertə biletlər həmişə açıq satışdadır, istənilən əyləncə və mədəni tədbir artıq adiləşmişdir.
İnsanın yeniliklərə olan təbii meyli əyləncə fabriklərini innovasiya ideyalarını generasiya etməyə sövq edir, onlar pərəstişkarlara qeyri-adi istirahət növlərini təklif etməyə başlayırlar. Buna nəinki Bakıda, bütün dünyada maraq doğuran və inkişaf edən reallıq kvestlərini aid etmək olar. Gələcəkdə qeyri-adi istirahət və əyləncə növlərinə maraq göstərən insanların sayı artacaqdır. Bəs reallıq kvesti nədir? Bu suala cavab tapmağa çalışaq.
Bakıda reallıq kvesti – maraqlı oyun və ya intellektlərin yarışı?
Bir neçə il əvvəl kvest – macəralı kompüter oyunlarından biri idi, həmin oyunda qəhrəman məntiqini, ağlını istifadə edərək qarşısındakı məsələləri həll edir və məqsədə çatmağa çalışırdı. Kompüter oyunlarının inkişafı ilə onlar on-layn məkandan çıxaraq gerçək dünyada reallaşmağa başladı.
Çoxları deyir ki, reallıq kvestləri əvvəlki oyulardan qat-qat maraqlıdır. Bu, həqiqətən belədir: monitor ekranından reallığa çıxan kvestlər gerçək həyatda daha geniş yayılmağa başladı və öz pərəstişkarlarını topladı.
Kvestlərin çoxsaylı növündə iki növ daha çox maraq doğuran növdür, onlardan biri otaqda kvestdir.
Otaq kvesti – uğurlu oyunun kiçik sirləri
Otaq kvestləri gündən günə sürətlə yayılmaqdadır, sosial şəbəkələrin yeniliklərinə diqqət etsək, görərik ki, bu oyun bütün dünyada milyonlarla istifadəçinin rəğbətini qazanmışdır və əyləncə sənayesində önəmli yer tutmaqdadır. Artıq Bakıda da kvest əyləncəsi var.
Adətən otaq kvesti – kiçik qrupla oyundur, iştirakçılar öz arzusuna görə bağlı otaqda oynayırlar. Otaqdan 1 saat ərzində çıxmaq lazımdır, bunun üçün isə oyunçular xeyli maraqlı tapmacalar tapmalı, suallara cavab verməli, məntiqlərini işlətməlidirlər. Kvest süjetləri müxtəlifdir: siz bir dedektiv kimi hansısa cinayəti aça bilərsiniz, məhbusa çevrilib həbsxanadan qaçmağa çalışarsınız, qədim ehramların sirləini və ya hansısa mədəniyyətin süqutunun səbəbini aşkar edə bilərsiniz.
Klassik kvestlər 2-4 iştirakçı üçün nəzərdə tutulub. Bəzən oyunda 6-8 nəfər iştirak edə bilər, 1-2 nəfərlik qrupla oyun da mümkündür, lakin ən əlverişli say – 4 nəfərdir. Kvestlərin əksəriyyəti məhz dördnəfərlik oyun üçündür. Oyunçular otağın müxtəlif yerlərində yerləşərək, hər kəs ona aid məsələni həll etməyə çalışır, bəzən ən çətin, başsındıran tapmacalarda bütün komanda bir yerə yığılır.
Kvestlər müxtəlif mürəkkəblikdədir, lakin buna o qədər də fikir verilmir, çünki oyunçuların intellektual hazırlığı, məntiq səviyyəsi fərqlidir, hər komandanın öz həll yolu vardır – bəzi qruplar mürəkkəb kvestləri asan keçir, digərləri isə çətinlik çəkirlər.
Klaustrofobiyadan (qapalı məkandan qorxu) əziyyət çəkənlər Bakıdakı kvestlərdə rahat iştirak edə bilərlər, çünki otaqda çox əlverişli ab-hava var və onun ölçüsü heç bir narahatlıq yaratmır. Narahatlıq hiss edən zaman istənilən anda oyundan çıxmaq olar, bunun üçün operatorla əlaqə yaratmaq kifayətdir.
Oyunun maliyyəsini strategiyanı hazırlayıb həyata keçirən oyun təşkilatçısı müəyyən edir. Hal-hazırda bazarda bir komandanın kvestdə iştirakı 40-70 manata başa gəlir.
Bakıdakı reallıq kvestlərində oynayın – yeni hisslər əldə edin!