KVESTLƏRİN YARANMASI: HƏR ŞEY NƏDƏN BAŞLANDI?

 

Heç kim dana bilməz ki, kvestlər – maraq doğuran və arzuolunan bir əyləncə növüdür (virtual və real macəralar kimi). İnsanlar arasında tez bir zamanda bu oyunun sürətlə yayılmasına təkan verən nə olub? Necə olur ki, dünyada, demək olar ki, hər ikinci adam bu oyun haqqında məlumatlıdır? Bakıda  reallıq kvestləri hələ təzə inkişaf etsə də, onlara maraq var. Necə oldu ki, adi kompüter oyunları event-sənayesində ayrı bir istiqamətin əcdadı oldu? Belə suallara cavablar bu bloqda veriləcək, hələlik isə 90-cı illərə – kvestlərin yaranması və sürətli inkişafı dövrünə qayıdaq.

Kompüter kvesti – əvvəlin əvvəli

Kompüter kvestləri macəra oyunlarının bir növüdür, oyun zamanı istifadəçinin rəhbərliyi ilə qəhrəman müxtəlif sınaqlardan keçir, tapmacalar tapır, mükafat qazanır və tədricən əsas məqsədə gəlib çatır. Kvest oyunlarının digər oyunlardan fərqi onun intellektual təməlindədir: istifadəçi məntiq qanunlarına əsasən  qarşıya qoyulmuş məsələləri həll edir, halbuki kompüter oyunlarında əsas diqqət reaksiyanın sürətinə və ya qəhrəmanların döyüşünə yönəlir. Bu hallar kvestlərdə, demək olar ki, yoxdur.

Mətnli kvestlər – müasir oyunun ilk əcdadları

Mətnli kvestlər maraqlı oyunun ilk qaranquşlarıdır. Baş qəhrəman  tapşırıq alırdı, məsələn, əjdahanı tapıb öldürmək, amma bunun üçün bir neçə xırda tapşırığı yerinə yetirməli idi (məsələn, qətl silahını tapmaq). Tapşırıqları yerinə yetirdikcə, ardıcıl şəkildə yeniləri yaranırdı və onlar vahid məntiqdə birləşirdi.

Bir məqam kvestlərdə dəyişməz qalırdı: məqsədə çatmaq üçün  qəhrəman oyun məkanında olan vasitələrdən istifadə etməli idi.  Məsələn, əjdahanı zəhərləmək lazım idi, zəhər isə cadugərdədi, cadugər zəhəri verib əvəzində nəsə istəyir. Zəhəri özün də hazırlaya bilərsən, amma bunun üçün kitabxanadakı kitablardan resepti axtarıb tapmalısan.

Oyun zamanı qəhrəman xeyli maneələrlə rastlaşır, lakin süjet elə qurula bilər ki, çoxsaylı ipucları, gizli cavablar keçilməz maneələrlə mübarizədə  kömək etsin. Yerinə yetirilməsi vacib olan digər prinsiplər də vardı. Yolunuza çıxan istənilən əşyanı özünüzlə götürməlisiniz, çünki digər məsələlərin həllində onlar sizə gərəkli ola bilər. Rastlaşdığınız qəhrəmanları həmişə nəzərə almalısınız, çünki onlarda sizə lazımlı məlumat ola bilər. Və əsas qayda – ipuclarını diqqətlə oxuyub, məntiqlə anlamaq.

Ekranın aşağısındakı “ağ bayraq” düyməsini basaraq oyunu istənilən vaxt dayandırmaq olar. Düyməni basan oyunçu ilkin mövqeyə qayıdır və tapmacanı təzədən həll etməyə çalışır. Amma təkrar cəhddən istifadə edən az olur, çünki oyun çox yaxşı məntiqi quruluşla elə tərtib olunub ki,  diqqətli oyunçu əvvəldən axıradək çətinlik çəkmədən oyunu keçə bilir.

Hesablama maşınlarının və fərdi kompüterlərin inkişafı dövründə mətnli kvestlər aktuallığını itirdil. Onlar rahat idarə olunan qrafik kvestlərlə əvəz olundu.

Qrafik kvestlər – köhnə oyunun daha irəliləmiş variantı

Qrafik kvestlərin  mətnli kvestlərdən vacib fərqi vardı: onlar şəkilli idi. Əlbəttə, əvvəllər şəkillər sadə idi və müasir istifadəçini təəccübləndirmirdi. Kvestin məzmunu eyni qalırdı – məntiqlə həll edilən çoxsəviyyəli məsələlərin yerinə yetirilməsi. Dekorasiyanın məqsədi istifadəçidə qrafik təsəvvürün yaradılması idi, həmin təsvir dicketlərin yaranması ilə rəngli oldu.

MysteryHouse adlı ilk kvesti SierraOn-Line şirkəti hələ 1980-ci ildə buraxmışdı.  O, Aqata Kristinin məşhur “On zənci balası” romanı əsasında yazılmış detektiv idi. ABŞ-da kvest geniş yayıldı –  çox qısa müddətdə oyunun 25.000 nüsxəsi satıldı. Bu satışlardan qazanılan pul şirkətin  inkişafına təkan verdi.

Sonralar kvest oyunları bazarına  LucasArts şirkəti gəldi, o, mətnli formatı müasir qrafik formatla əvəz etdi. İstifadəçi hansısa mərhələni keçmək üçün mətnli komandalardan daha istifadə etmirdi, əvəzində şəkilli qəhrəmanları idarə edirdi.

Oyun bazarında iki şirkət, rəqiblərini sıxışdıraraq, liderlik edirdi. Onlar 1990-cı ildən 1998-ci ilə qədər ən yaxşı oyunları istehsal etdilər və qtafik kvestlərin çiçəklənməsində böyük rol oynadılar.  Həmin dövrdə qəhrəmanlar həm rəngli oldular, həm də səsli.

Macəra oyunları – kvestlərin inkişafında növbəti mərhələ kimi

Yüksək texnologiyalar sürətlə inkişaf edirdi, bu da kompüter texnikası sahəsində bazardan yeni funksional qərarlar istəyirdi.  Təəssüf ki, inkişaf qrafik kvestlərə mənfi təsirini göstərdi. Şirkətlər oyuna üçölçülü modelləri tətbiq etməyə cəhd etdilər, lakin yeniliklər istifadəçilər tərəfindən uğurla qarşılanmadı.  Və nəticədə SierraOn-Line şirkətinin macəra janrlı oyunların yaradılması şöbəsi satıldı. LucasArts şirkəti bütün qüvvəsini oyun sənayesinin daha gəlirli sahələrinə yönəltdi. Qrafik kvestlərin dövrünə son qoyuldu.

Qrafik kvestlərin tutduğu yer bazarda uzun müddət boş qalmadı, onun yerinə macəralı döyüş oyunu gəldi. Bu kvestlərdə əsas önəm məntiqdə deyil, oyun məkanında baş verənlərə sürətli reaksiya göstərməkdə idi. Yeni oyun janrı kvestlərin ab-havasını itirmədi, oyun yaradıcıları hər şeyi nəzərə almışdılar: istifadəçi ekran arxasında virtual dünyaya tamamilə qərq olurdu. Bu oyunu sevənlər az deyildi.

Müasir reallıq

Kvest oyunlarının növbəti inkişaf dövrü İnternetin inkişafının zirvəsində baş verdi – proqramlaşdırma kimi yeni hobbi yarandı. Proqramlaşdırmaya aludə olmuş insanlar saytlarda pulsuz idarəetmələr yaratdılar və bütün dünya macəra janrında  xeyli oyunlar gördü. Əlbəttə, qeyri-peşəkar yanaşma öz təsirini göstərirdi, lakin maraqlı süjet nöqsanları (keyfiyyətsiz animasiyanı) ört-basdır edirdi.

Kvest oyunlarının inkişafı dayanmayıb. İstifadəçilər belə oyunlara maraqlarını itirməyiblər, buna sübut – kvestlər virtual məkandan çıxdı və əyləncə sahəsində asudə vaxtın yeni və qeyri-adi təşkili kimi möhkəmləndi. Oyunun bəzi variantları, məsələn, otaqda kvest, daha geniş yayılmağa başladı. Hal-hazırda belə oyunlar Bakıda sürətlə yayılmaqdadır. Tezliklə otaq kvestləri Bakıda əyləncə xidmətləri sırasında öz yerini tutacaqdır. Guman edirəm, Bakıda bu sənaye inkişaf edəcəkdir. Gözləməyə dəyər J.

One thought on “KVESTLƏRİN YARANMASI: HƏR ŞEY NƏDƏN BAŞLANDI?

  1. euroquest.az – крутые квесты в Баку
    anticinema.az – крутой миникинотеатр в Баку. Всем рекомендую.

Bir cavab yazın

Ad *
E-poçt *
Veb sayt